EN RU
logo kepro

KEPRO Esthetic & Antiage Clinic

 

Breket-sistemlərin xüsusiyyətləri

 

Əyri dişlər və onların yumulu ağızda düzülüşü əksər adamlarda təkcə zahiri görünüşə görə narahatlıq yaratmır, həm də kifayət qədər ciddi estetik problemlərin daşıyıcısıdır. Dişlərin yaxud çənənin düzgün olmayan vəziyyəti əyrilik, damağın zədələnməsi, dişlərin aşınması  problemlərinə aparır. O hətta kariesin yaranmağına səbəb olur. Dişlərin və çənənin bu zədələnmələri müalicəsiz qalanda inkişaf edir və əlavə deformasiyalara gətirib çıxarda bilər.

 

Dişlərin bərabərləşdirilməsi yaxud əyriliklə bağlı problemlərin aradan qaldırılması üçün təyin edilmiş breketlər ortodont müalicə vasitələrindən biri kimi təqdim edilir. Ortodont aparatların tətbiqini 12-13 yaşdan, pasiyentdə daimi dişlər çıxandan sonra başlayırlar, amma nadir hallarda böyüklərdə də bu metoddan istifadə edirlər. Yeniyetmə yaşlarında ortodont müalicənin həyata keçirilməsi ilə ortodont anomaliyanı tez və daha keyfiyyətli səviyyədə aradan qaldırmaq olar. Böyüklərə breketlər ya müəyyən sahənin düzəldilməsi (müalicənin köməkçi vasitəsi) məqsədilə, ya da bütün dişlərin bərabərləşdirilməsi və əyriliyin tam düzəldilməsi məqsədilə qoyurlar.

 

Vestibulyar nreketlər dişlərə xarici tərəfdən qoyulur. Qıfıllar dişlərə bərkidilir və öz aralarında qövslərlə birləşdirilir. Beləliklə, ortodont naqillərə təsir etməklə əyriliyi düzəltmək imkanı əldə edir.

 

Vestibulyar breketlər onların bədənlərindən hazırlanan material üzrə klasifikasiya olunur. Onlar metal, keramik yaxud sapfirdən ola bilər.

 

METAL BREKETLƏR

Breketlərin bu növü xüsusilə geniş yayılıb. Metal breketlər ölçüsünə və rahatlığına görə fərqlənə bilərlər, ancaq hər necə olsa da onlar daha çox büdcə variantlarını təqdim edirlər. 

 

 

 

KERAMİK BREKETLƏR

 

 

Keramik breketlər daimi daşıma üçün ən estetik breketlərdən biri sayılır. Tərkibində keramikanın olması dişə keçirilən tutqun keramik haşiyənin rəngi dişin emalı ilə uzlaşır. O demək olar ki, çox möhkəm və nəzərə çarpmayandır. Liqaturun olmaması bu sistemi bütün müalicə dövründə rahat edir.

 

Hələ breket-sistemin kombinələşdirilmiş variantı da var. Bu zaman qabaq dişlərə şəffaf qıfıllar, qalanlarına metal qıfıllar qoyulur.

 

SAPFİR BREKETLƏR

 

“Sapfir breketlər” termini çoxlarında breket-sistemin tərkibində təqdim edilməsi kifayət qədər mürəkkəb olan gözəl mavi çalarlı minerallar təsəvvürü yaradır. Həqiqətdə isə məsələ bir qədər başqa cürdür. Ağzınızın qiymətli metallar mücrüsünə dönəcəyi barədə ehtiyat etməyə dəyməz. Bəli, ortodont aparat həqiqətən sapfirdən hazırlanır, lakin laboratoriya şəraitində yetişdirilmiş süni sapfirdən. Bu daşların təbii minerallardan fərqli olan rəngləri yoxdur. Sapfir ortodont sistemin üstünlükləri arasında aşağıdakıları qeyd olunur.

 

-  Estetiklik. Gündəlik daşıma zamanı qıfıllar az nəzərə çarpır və açıq işığın şüalarında effektli parıldayır.

-  Ümidlilik. Öz möhkəmliyinə görə sapfirlər yalnız almazdan geri qalırlar, onlar hətta ağır yüklərə davam gətirirlər.

-  Neon işıqlandırmaya etinasızlıq. Gecə klublarının həvaskarları üçün faydalı keyfiyyət.

-  Tez adaptasiya. Pasiyent konstruksiyaya tez alışır, belə ki, o elə cilalanıb ki, bütün künclər maksimal hamarlanıb.

-  Ləkəyə müqavimətlidir. Boyayıcı məhsullar və içkilər sistemin rənginə nəzərəçarpacaq təsir göstərə bilmir.

 

-  Hipoallegenlik.

 

 

Ortodontiya
What Clients Say About Us