EN RU
logo kepro

KEPRO Esthetic & Antiage Clinic

 

 

Genova Diagnostics laboratoriyası

 

Professional diaqnostk laboratoriya olan Genova Diagnostics laboratoriyası 1986-cı ildə ABŞ-da, Şimali Karolina ştatının Erşvil şəhərində Great Smokies Diagnostics adı ilə yaradılıb, 2003-cü ilin aprelində onun adını diaqnostik test laboratoriyası “Genova Diagnostics”ə dəyişiblər.   Laboratoriyanın əsas ideyası – xəstəliyin baş verməsinin həqiqi səbəbini biomolekulyar səviyyədə əvvəlcədən tapmağa və xəbərdarlıq etməyə imkan verən  keyfiyyətli, novator diaqnostikadır.

Genova Diagnostics laboratoriyası bu sahə üzrə dünya lideridir və insanın bioloji diaqnostikası üzrə dünyada 3 ən yaxşı laboratoriyadan biridir. Laboratoriya diaqnostik tədqiqatların ən böyük spektrinə malikdir və ABŞ, Kanada, Böyük Britaniya, BƏƏ, Tailand, Çin, Suriya, İsveçrə, İsveç, Sudan, İspaniya, CAR, Səudiyyə Ərəbistanı, Qətər, Portuqaliya, Oman, Nopveç, Yeni Zelandiya, Koreya, Yaponiya, Hindistan, İtaliya, Yunanıstan, Kipr, Finlandiya, Fransa, Misir, Danimarka, Bolqarıstan, Braziliya, Avstraliya və Ukraynada beynəlxalq distribüter şəbəkəsinə malikdir.

 Kepro Genova Diagnostics Lab.

 

Genova Diagnostics tibb laboratoriyası dəqiq, yüksək həssas analizə təminat verən müasir texniki səviyyədə avadanlıqla tam təchiz olunub. Laboratoriya tam akkreditasiyaya malikdir, həmçinin elmin kliniki kimya, bakteriologiya, mikologiya, parazitalogiya, virusalogiya, mikrobiologiya, serologiya, ümumi ümmunologiya, hematologiya, toksikologiya və molekulyar genetika sahələrində sertifikatlaşdırılıb. Sertifikatlaşdırma ABŞ-ın Kliniki laboratoriyaların təkmilləşdirilməsi üzrə Qanun layihəsinə (CLİA) uyğun olaraq kliniki laboratoriyaların işinə nəzarət edən, səhiyyə və tibbi yardım mərkəzləri də daxil olmaqla 6 səhiyyə müəssisəsi tərəfindən təsdiq edilib. Bu, bütün dünyada müxtəlif  ixtisaslar üzrə işləyən 8000 həkimə xidmət edən ən müasir və qabaqcıl laboratoriyalardan biridir.

Laboratoriya qidalanma problemləri daxil olmaqla fiziologiya, genetika, endokrinologiya, ginekologiya, immunologiya, toksikologiya, kardiologiya, terapiya, qastroenterologiyanı əhatə edən 125 növdən çox ixtisaslaşdırılmış diaqnostik test aparır. Testlərin nəticəsi xroniki xəstəliklərin və nasazlıqların səbəblərini aşkara çıxarır ki, bu da ənənəvi laboratoriya metodları ilə tədqiqat zamanı diqqətdən yayınır. Diaqnostik testləşdirməni genetika, biokimya və mikrobiologiya sahəsinin ixtisaslı mütəxəssisləri aparır.

 

 

Genova Diagnostics Azərbaycanda

 

Azərbaycanda Genova Diagnostics laboratoriyasının imkanlarından bu yaxınlarda istifadəyə etməyə başlanılıb. Yüksək dəqiqlikli diaqnostika sayəsində xəstəliyin həqiqi səbəblərinə həkim baxışı kökündən dəyişib. Bu tədqiqat metodları kəskin və xroniki xəstəliklərin həqiqi səbəbini biokimyəvi səviyyədə tapmağa imkan verir. Bu isə həkimə vaxtında düzgün diaqnoz qoymağa kömək edir.

Yüksək texnologiyalı avadanlıq, bu səviyyədə laboratoriyanın lisenziyalaşdırılması və sertifikatlaşdırılması, həmçinin ixtisaslı heyətin hazırlanması çox baha başa gəlir. Buna görə də digər ölkələrdə törəmə laboratoriyaların təşkili iqtisadi cəhətdən əlverişli deyil.  

Bioloji material (qan, sidik, nəcis, selik, tüklər) xüsusi konteynerə qoyulur, lazım gələrsə dondurulur və beynəlxalq daşımaların köməyi ilə ABŞ-ın Şimali Karolina ştatının Erşvil şəhərinə göndərilir. Beynəlxalq daşımaların dəstəyi ilə 48 saat ərzində pasiyentin bioloji materialı bütün dünyanı dolaşaraq son təyinat məntəqəsinə çatdırılır. 

  

laboratory Genova. Genova kit

 

Analizlərin bahalığı beynəlxalq aviadaşıma, yüksək keyfiyyətli avadanlıq, ixtisaslı heyət və yüksək dəqiqlikli diaqnostikaya görə izah olunur. Analizlərin nəticəsi  7‐30 günə (aparılan tədqiqatdan asılı olaraq) hazır olur. Nəticələri həkim elektron poçtla alır. Materialların düzgün yığılması və tələb olunan qaydalara uyğun nəql edilməsi çox vacibdir.

 

Bunun üçün hər bir test dəstinə görə pasiyent və tibb işçisi üçün ətraflı təlimat var. Əgər tədqiqat üçün material düz yığılmayıbsa yaxud nəqletmə qaydaları pozulubsa, onda tədqiqat aparılmır. Tədqiqatın nəticələri normal həcmdən kənara çıxarsa, onda alınmış məlumatların təsdiqlənməsi üçün materiallar yenidən tədqiq olunur.  

 

Genova Diagnostics-in üstünlüyü:

 

1. Genova Diaqnostics dünyanın üç ən yaxşı qabaqcıl laboratoriyasından biridir, halbuki digərlərindən fərqli olaraq laborator diaqnostiokanın ən geniş spektrini təklif edir.

 

2. Genova Diagnostics laboratoriyasının tədqiqatları imkan verir:

- xroniki xəstəliklərin səbəblərini genişlənmiş kliniki şəkil alana qədər əvvəlcədən öyrənməyə və müalicənin yeganə düzgün strategiyasını seçməyə,

- xroniki xəstəliklər risqinin hərtərəfli qiymətləndirilməsinə,

həyati əhəmiyyətli bioloji prosesləri biokimya səviyyəsində qiymətləndirməyə (Krebs dövriliyi, hormonların metabolizmi,  amin turşuların, üzvi turşuların, orqanizmdə ağır metalların miqdarı),

qidaların çatışmazlıq dərəcəsinin qiymətləndirilməsinə (vitaminlər, minerallar, zülallar, yağlar, karbohidratlar),

- müxtəlif xroniki xəstəliklərə (onkoloji) genetik meyilliliyi qiymətləndirməyə.

 

Bütün nümunələrin analizi diqqətlə nəzarətdə saxlanılır və hər bir informasiyanın məxfiliyi ciddi şəkildə qorunur. Genova Diagnostics-in novator testləşdirməsi həkimlərə imkan verir ki, xəstəliyin başlanğıc dövründə orqanizmin fizioloji pozuntularını aşkara çıxaran analizlərin nəticələri sayəsində vaxtında və düzgün diaqnoz qoysunlar. Genova Diagnostics-ə bütün dünyada minlərlə tibb işçisi və on minlərlə pasiyent etibar edir.

 

GENOVA DIAGNOSTICS (ABŞ) LABORATORİYA TƏDQİQATLARININ KATALOQUNU AŞAĞIDAKI LİNKDƏN YÜKLƏYƏ BİLƏRSİNİZ

  Laboratory Genova

 

Genova Diagnostics professional diaqnostik laboratoriyasının Azərbaycandakı distribütoru KEPRO Klinikasıdır.

Genova Diagnostics Laboratoriyası
What Clients Say About Us