EN RU
logo kepro
Tərəfdaşlarımız
IMCAS Akademiyası
Beynəlxalq assosiasiya
Dermatoloqların və plastik cərrahların beynəlxalq assosiasiyası. IMCAS akademiyası dermatokosmetoloqlar və plastik cərrahlar üçün yüksək keyfiyyətli təhsilin yeni formatıdır . KEPRO SCHOOL ESTHETIC – IMCAS akademiyasının elmi tərəfdaşıdır. IMCAS (Paris) – bu, plastic cərrahlar və dermatokosmetoloqların dünyanın 105 ölkəsindən olan 10 minlərlə iştirakçı ilə Parisdə iri beynəlxalq konqresidir.
RXDU
Rusiya Xalqlar Dostluğu Universiteti
Rusiya Xalqlar Dostluğu Universiteti - postsovet məkanında bir çox nüfuzlu kosmetoloq və dermatoveneroloqların alma-materidir. RXDU ilə tərəfdaşlıq – Rusiyanın ən böyük universitetinin estetik təbabət kafedrasında birgə təhsil proqramıdır.
AAAMC
Aesthetic&Anti-Age Medicine Congress
AAAMC postsovet məkanında IMCAS-ın (Paris) əməkdaşlığı ilə ən iri elmi-praktik forumlardan birini keçirir. Nüfuzlu beynəlxalq təşkilatlar, şirkətlər və estetk təbabətin ustadları ilə əməkdaşlıq, peşəkar vasitələrin və avadanlıqların sərgiləri, tədris prosesinin istirahət və ekskursiya koloriti ilə üzvi bağlılığı.
Müqəddəs Damian Selebnik klinikası
Anti-age təbabət mərkəzi
Müqəddəs Damian Selebnik klinikası – preventiv təbabət, fəal uzunömürlülük və keyfiyyətli həyat klinikasıdır.
Chenot Palace Gabala Azerbaijan
Chenot Palace Health Wellness Hotel
Qəbələdə yerləşən Chenot Sarayı (Azərbaycan) Chenot metodunu təmin etmək üçün tikilmiş lüks Sağlamlıq Wellness Otelidir. Chenot sarayı (Qəbələ) tanınmış Chenot Metoduna əsaslanan sağlamlıq otelinin yeni və unikal konsepsiyasını təqdim edir.
AMCHAM
Azərbaycanda Amerika Ticarət Palatası
Azərbaycanda Amerika Ticarət Palatası ölkənin aparıcı və ən nüfuzlu xarici biznes assosiasiyasıdır. 250-dən artıq üzv şirkəti təmsil edən AmCham Azərbaycan üzvlərinin ticarət və sərmayə maraqlarını effektiv şəkildə müdafiə edir. AmCham-ın üzvü kimi sizin şirkətiniz Azərbaycan və ABŞ hökumətində biznes məlumatları və əlaqələrinin geniş şəbəkəsinə, eləcə də Amerika Ticarət Palatasının Avropa Şurası və Amerika Ticarət Palatası vasitəsilə Avropa üzrə dəyərli məlumatları əldə etmək imkanına malik olur. AmCham ABŞ Səfirliyi və Ticarət Nazirliyinin Xarici Ticarət Xidməti ilə müştərək iş görməklə üzvlərini Azərbaycanın mövcud durumu və qanunvericiliyə edilən son dəyişikliklər, eləcə də ölkə biznesinin ümumi vəziyyəti ilə bağlı məlumatlı saxlayır, yeni şirkətlər Azərbaycanda fəaliyyət göstərməyə başladıqda və ya bunu nəzərdən keçirdikdə üzvlər bu imkanlarla bağlı məlumatları ilk olaraq əldə edirlər. AmCham-ın üzvləri yeni biznes müəssisələri üçün üstün tutulan xidmət təminatçıları kimi təqdim edilir.
  • 1