EN RU
logo kepro

KEPRO Esthetic & Antiage Clinic

KEPRO SCHOOL ESTHETIC

 

“KEPRO SCHOOL ESTHETIC”-in qabaqcıl kosmetologiya kursları ali tibb təhsilli dinləyicilər üçün nəzərdə tutulub. Təhsil 3 aylıq “Tibbi kosmetologiyanın tam kursu” proqramı üzrə tibb şirkəti “Buta Esthetic”in bazasında (nəzəri hissə) və ultramüasir “Kepro Esthetic & Antiage Clinic”də (praktiki hissə) keçirilir. Orta tibb təhsilli şəxslər üçün YALNIZ bir modul çərçivəsində təhsil mümkündür. “Kepro Esthetic & Antiage Clinic”də təhsil aımaqla Siz yeni maraqlı sənət qazanırsınız. Təhsilin və imtahanların uğurla başa vurulmasından sonra Siz Azərbaycan, rus və ingilis dillərində  Beynəlxalq nümunəli Məktəb diplom alırsınız.  2018-ci ildən etibarən Siz Moskvaya getmədən əlavə RXDU (Patris Lumumba adına Rusiya Xalqlar Dostluğu Universiteti) diplomunu  “Təhsil proqramlarının birgə reallaşdırılması müqaviləsi” və “Təhsil proqramları və elmi tədqiqatların reallaşdırılması sahəsində əməkdaşlıq müqaviləsi” əsasında almaq imkanına maliksiniz. Bundan sonra “KEPRO SCHOOL ESTHETIC” və RXDU təhsil və tədqiqat proqramlarının yerinə yetirilməsini birlikdə koordinatlaşdırırlar.

  

Bu gün həkim-kosmetoloq üçün tələb olunan peşələrdən birini əldə etmək üçün “KEPRO SCHOOL ESTHETIC”in seçilməsinin 10 səbəbi.

 

1. Ən yaxşı trener-ekspertlər! “KEPRO SCHOOL ESTHETIC”in müəllim heyəti daim dünya üzrə konqreslərdə və dünyanın ən yaxşı ustad dərslərində iştirak edərək öz biliklərini təkmilləşdirirlər.

 

2. Tibbi təhsilli peşəkar müəllimlər materialın effektli mənimsənilməsi və mühüm vərdişlərin möhkəmlənməsi üçün nəzəri və təcrübi məşğələləri savadlı uzlaşdırırlar. Məktəbin proqramları yeni texnologiyaların prinsip və əsaslarının tədqiqi ilə yeni metodların yaranması və klassik metodlar üçün baza adlanan sübut-dəlilli tibb üzrə qurulub.

 

3. Yalnız “KEPRO SCHOOL ESTHETIC”in müəllimləri üçün dünya esteyik təbabətinin ulduzları dəvət olunur və onlar kosmetologiyanın son nailiyyətlərini və təhsil metodikalarını bölüşürlər. Məktəbin işində reklama yer yoxdur. Məktəbin ekspertləri kurslarda oxuyanlara ən yeni metodikaları tədris edir və toplanmış təcrübəni tələbələrə ötürürlər.

 

4. Məktəbin klinik bazası ölkədə ən müasir material-texniki bazaya malik klinikadır: “Kepro Aesthetic & Antiage Clinic”. Əl ayarlarının və müalicə vərdişlərinin işlənməsi ən yaxşı Qərb standartları şəraitində və yeni materiallardan və avadanlıqlardan istifadə edilməklə aparılır.

 

5. “KEPRO SCHOOL ESTHETIC” müəllimlərinin vəzifələri tələbələri sənərçilikdən klinik düşüncəyə aparmaqdır. Preparatların, birləşmələrin, kombinasıyaların ayrıca çeşid seçimi və pasiyentin xüsusiyyətlərinə nisbətdə reaksiyaların təhlili, preparatların seçimi, dozaların hesablanması və işdə ardıcıllıq – bütün bunlar bizim Məktəbi digərlərindən fərqləndirir.

 

6. “KEPRO SCHOOL ESTHETIC”-in tələbələri peşəkar fəaliyyətin ilk yarımilliyində dünya brendlərinin əsas distribütorlarından material almaq üçün xüsusi güzəştlər əldə edirlər.

 

7. Biz öz tələbələrimizin işə düzəlməsini dəstəkləyirik. “KEPRO SCHOOL ESTHETIC”-ə ən yaxşı kadr axtarışı üzrə ən nüfuzlu təşkilatlar müraciət edirlər.

 

8. Hətta təhsildən sonra da Məktəbin qapıları keçmiş tələbələr üçün açıqdır. Burada onlara həmişə kömək edir, yeni həllər və əlaqələr istiqamətində məsləhətlər verir, metodikanın və preparatın seçilməsində, mürəkkəb proseslərin yoluna qoyulmasında kömək edirlər.

 

9. Məktəbdə məşğələlər Azərbaycan, rus və lazım gələrsə, ingilis dilində aparılır. Tələbələrimizin arealı Azərbaycanla yanaşı 7 ölkəni əhatə edir: İran, İraq, Gürcüstan, Özbəkistan, Rusiya, İtaliya və Kanada.

 

10. Biz onunla fəxr edirik ki, kosmetoloqlarla bərabər məktəbimizin divarları arasında müəllimlik təcrübəsi qazanan və öz təhsil kursunu yaradan pedaqoqlar yetişdiririk. Bu gün “KEPRO SCHOOL ESTHETIC”in konsepsiyasından digər ölkələrin məktəblərində və kurslarında aktiv istifadə olunur.

 

Qeyd:

-  Bütün sərfiyyat, metodiki materiallar və ədəbiyyatla təmin olunma.

-  Səmərəli təhsil üçün qruplarda 9 nəfərdən çox tələbə olmur.

-  Rahatlıq üçün gündüz və axşam şöbələri fəaliyyət göstərir.

 

 

Daha ətraflı məlumat keproschool.az/

Təhsil
What Clients Say About Us