EN RU
logo kepro

KEPRO Esthetic & Antiage Clinic

Laennec terapiya

 

 

 

«Plasenta orqanizmin bütün funksiyalarını maksimal olaraq cavan yaşlı vəziyyətə çatdırmağa çalışır. Burada cavanlıq və uzunömürlülüyün sirri gizlənir».

 

Professor Esida Kentaro ( «Plasentanın gücü» kitabından)

 

 

Müasir həyat ritmi (yuxusuzluq, stress, ayaqüstü qidalanma, baş ağrısı) və zərərli amillər (havanın çirklənməsi, alkoqol, siqaretdən istifadə) bütün bu faktorlar erkən dövrdə yaşlanmağa, immunitetin zəifləməsinə, dərinin qurumasına, xroniki yorğunluğa, keçmiş xəstəliklərin kəskinləşməsinə gətirib çıxarır, yeni xəstəliklərə səbəb olur-bir sözlə orqanizmi erkən vaxtdan qocaldır. Sizə müstəqil şəkildə bu vəziyyətdən çıxış yolunu tapmaq çətindir?!

 

Plasentar müalicə sizə cavan və aktiv həyat tərzinə qayıtmağa köməklik göstərəcəkdir!

 

Plasenta müalicəvi xüsusiyyətlərinin hələ qədim dövrlərdən məlum olduğu bioaktiv birləşmələrin xəzinəsidir. Qədim Misirdə, Çində, Hindistanda, Yunanıstanda, Yaponiya və Koreyada plasentanın energetik təsiri, onun müalicəvi və cavanlaşdırıcı xüsusiyyətləri haqqında bilir və geniş istifadə edirdilər.

 

Ötən əsrin əvvəllərindən başlayaraq bir çox ölkələrin alimləri plasentanı öyrənməyə başladılar. XX əsrin 50-ci illərində toplanmış bütün təcrübəni nəzərə alaraq Yaponiya alimləri plasentanın emalının həqiqətən unikal texnologiyasını işləyib hazırlamış, nəticədə yüksək səviyyədə təmizlənmiş, stabil və təhlükəsiz preparat əldə etmişlər.

 

Laennec - insan plasentasının hidrolizatıdır. 18 həyati önəmli amin turşuları, inkişaf faktoru, vitaminlər, mikroelementlər və s. daxil olmaqla onun tərkibində 50-dən artıq komponent vardır.

 

Laennec orqanizmin zəif sahələrini səhvsiz müəyyən edir və hüceyrə səviyyəsində onların bərpasına başlayır. O, zəif, durğun, sönük həyat proseslərini stimullaşdırır, patoloji vəziyyətlərə korreksiya verir və geri qayıdışı təmin edir.

 

Laennec orqanizmi təhlükəsiz qaydada daxildən cavanlaşdırır, yeniləyir və sağaldır:

— daxili immuniteti yüksəldir,

— qaraciyəri bərpa edir və bədəni ümumi detoksikasiya edir,

— ürək-damar, sinir və əzələ skelet sistemini gücləndirir,

— bütün daxili orqanlarının işini sistemli şəkildə yaxşılaşdırır,

— qan dövranını, görmə, yaddaş, eşitməni yaxşılaşdırır,

— ümumi narahatlığı və yuxususluğu aradan qaldırır,

— kiçik taz orqanlarına, cinsi hormonların sintezinə effektiv təsir göstəb, cinsi zəyifliyi, friqindliyi aradan qaldırır.

 

Hazırlanma texnologiyasına ciddi riayət edərək preparatın təbii plasentadan alınması onu müxtəlif üsullarla orqanizmə daxil etmək imkanı verir: damardaxili damcı, əzələdaxili, dərialtı və farmakopunktura üsulu.

 

Yaponiyada Laennec 60 ildən çoxdur ki, Əhalinin Sağlamlığının Qorunması haqqında Dövlət Proqramı çərçivəsində tətbiq edilir. Bu müddət ərzində bir yaponun orta həyat davamiyyəti 63 ildən 82 ilə çatmışdır.

 

Siz bilirsiniz ki, xoşbəxtlik pulla müəyyənləşdirilmir. Həyatda əldə etdiklərinizi dadını çıxarmaq üçün sağlam və xoşbəxt olmaq istəyirsiniz. Məhz elə bu məsələni Laennec həll edir.

 

 

 

 

 

 

 

 

 

 

 

Laennek terapiya
What Clients Say About Us