KEPRO Esthetic & Antiage Clinic
RƏQSLƏR
Rəqslər asudə vaxtın gözəl, maraqlı və xoşagələn şəkildə keçirilməsidir. Rəqslə məşğul olmaq bədəni və ruhu azadlığa çıxarır, öz fiziki formanı qorumağa kömək edir, sərbəst və maraqlı insanlarla münasibət dairəsinə maraq yaradır. Rəqs insanın emosional dünyası ilə aytılmaz tellərlə bağlıdır və öz ifadəsini hərəkətlərdə, fiqurlarda, kompozisiyalarda tapır. Rəqslə məşğul olmaq Sizə çoxlu xoş və maraqlı dəqiqələr bəxş edər!
İdman rəqsləri əvvəlcədən verilən musiqinin sədaları altında hərəkət və elementlərin uyğun ritmdə nəzərdə tutulan ardıcıl istiqamət. Gözəlliyi, həssaslığı və orijimallığına görə idman rəqsləri çox məşhurdur. Məşhurluğuna görə idman rəqslərinin çoxlu təmayülləri mövcuddur. Bu məqalədə idman rəqslərinin möbcud növlərindən və fərqlərindən danışılır.
İdman rəqslərinin növləri daim dəyişir və musiqidə yeni istiqamətlərin, hərəkət və ritmlərin yaranması ilə yeniləri meydana çıxır.Məhz buna görə də indi rumba və vals kimi klassik bal rəqsləri deyil, tektonik, breyk-dans, zumba kimi yeni, parlaq melodiyalardan istifadəyə əsaslanan müasir rəqslər daha populyardır.
İdman rəqslərinin bütün növləri unikal və misilsizdir, lakin hər biri hərəkətlərin ritminin müasir insan həyatına təsirini hiss etdirir.
Müasir idman rəqsləri o cəhətdən yaxşıdır ki, hər bir yaş dövründə onunla məşğul olmaq və hətta yarışlarda iştirak etmək olar.
İndiki rəqslər nəinki gözəldir, həm də faydalı məşğuliyyət, inkişaf edən davamlılıq, özünənəzarət, gözəl bədənin formalaşması və beyinin işinin yaxşılaşması deməkdir.
