Zoom 4 ağartması

Zoom 4 dişlərin ağardılması sistemi – dişlərin ağardılmasının ən innovasiyalı və müasir sistemidir. Bu sistemdə istifadə edilən ağartma üsulu oksigen molekulanın ən aydın və bərk piqment ləkələrini ləğv etmək xüsusiyyətinə əsaslanır. Sistem tamamilə təhlükəsizdir və pasiyentdə rahatsızlıq və xəstəlik hissiyyatı yaratmır.
Zoom 4 necə işləyir
Zoom 4 – dişlərin Zoom ağardılması sisteminin sonuncu nəslidir. Sistemin fəaliyyəti oksigenin piqment ləkələrinə təsir edib onları ayırmaq xüsusiyyətinə əsaslanır.
Dişlərə tərkibində oksigen peroksid və kalsium fosfat olan gel sürtürlər. Bundan sonra, gel sürtülən kimi dişlərə xüsusi lampa yaxınlaşdırırlar. İşıq öz şüaları ilə gelə təsir edir, nəticədə geli təşkil edən molekulların ayrılması ilə kimyəvi reaksiya baş verir. Bu zaman qatışıqdan oksigen ayrılır. Aktiv oksigen dişin toxuma qatına dərindən nüfuz etməyə və hətta ən güclü piqment ləkələrini ayırmaq xüsusiyyətinə malikdir.
Çlxarılmış oksigendən başqa dişə kalsium fosfat da təsir edir. Bizim bütün sümük toxumalarımızın bir hissəsini təşkil edən kalsium orqanizm üçün əvəzedilməz mineraldır. Belə ki, dişlər üçün də kalsium həyati vacib elementdir. Gelin parçalanması nəticəsində kalsium diş toxumasına daxil olaraq onu daha möhkəm və uzunmüddətli edir.
Ağardılma prosesi
Orta hesabla 60 dəqiqə çəkməsinə baxmayaraq Zoom 4 sistemi ilə dişlərin ağardılması kifayət qədər sadədir. Proseduru başlamazdan əvvəl birbaşa olaraq damağı gel və işıqdan qorumaq vacibdir. Bundan ötrü kofferdam-dişi ağız boşluğundan ayıran lateks toxumasından istifadə edilir. Damağın açıq hissəsinə - daha çox damaq məməciyinə - qoruyucu gel sürtürlər.
Hazırlıqdan sonra birbaşa ağardılmaya keçirlər. Dişə tərkibində dişləri ağardan oksigen perekisi, və diş toxumalarını əlavə olaraq bərkidən kalsium-fosfat olan xüsusi hazırlanmış gel sürtülür.
Gel dişə sürtülən kimi Zoom lampası gətirilir. Lampa işığının təsiri ilə oksigen geldən ayrılır və piqment ləkələrini götürür.
Bütün ağardılma prosesi üç təkrarlanan mərhələdən keçir və orta hesabla 60 dəqiqə çəkir.
Ağardılmadan sonra həkim dişlərə xüsusi məhlul sürtür ki, bu da müvəqqəti olaraq dişlərin həssaslığını azaldır və diş emalını möhkəmləndirir.
Prosedurlar nəticəsində dişlərin ağlığı 10-12 çalar artır və pasiyentin özünün dişlərinə necə qulluq etməsindən asılı olaraq orta hesabla 3 ilə qədər davam edir.
Bu sistemdə istifadə edilən ağartma üsulu oksigen molekulanın ən aydın və bərk piqment ləkələrini ləğv etmək xüsusiyyətinə əsaslanır.
Air-Flow texnologiyasında bikarbonat soda əsaslı xüsusi tozun ən kiçik hissəcikləri su və təzyiqlə dişə istiqamətlənərək onun təmizlənməsini təmin edir
Dişlərin ultrasəs təmizlənməsi dişlərdən hər bir yığıntını ayırmağa və onların təbii rəngini qaytarmağa imkan verir.
Emalın remineralizasiyası onun strukturunun mineral preparatların köməyi ilə bərpasıdır.