EN RU
logo kepro
Gigiyena
Air-Flow proseduru
Air-Flow proseduru

Dişlərin  Air-Flow ultrasəs təmizlənməsi necə aparılır?

 

Air-Flow texnologiyasının köməyi ilə dişlərin peşəkar təmizlənməsi prosesində bikarbonat soda əsaslı  xüsusi tozun ən kiçik hissəcikləri nəzarət altında su və təzyiqlə dişə istiqamətlənərək onun təmizlənməsini təmin edir. Bu zaman əldə edilən mirvari rəngi diş emalının nazikləşməsi ilə müşayiət olunmur. Təmizləmədən qabaq pasiyentin damağı qoruyucu materialla örtülür. Sonra aparat yüksək təzyiq altında dişləri və diş aralığını soda əsaslı toz, su və hava qarışığı ilə işləyib hazırlayır. Prosedurun sonunda dişlərin səthinə həssaslığı azaldan xüsusi lak sürtülür.
 
Air-Flow ağartması peşəkar təmizləmənin ən sürətli üsuludur. Əksər hallarda, bütün  manipulyasiyalar yarım saatdan az çəkir. Halbuki vəziyyətdən və işlənilən dişlərin sayından asılı olaraq prosedurun davamiyyəti bir az tərəddüd edə bilər. Bu metod ağrısızlaşdırma vasitələrinin istifadəsini nəzərdə tutmur. Təmizləmə tamamilə ağrısızdır, yalnız hiperhəssas dişlərə malik pasiyentlərdə əhəmiyyətsiz narahatlıq ola bilər ki, bu da aerozol və aplikativ anestetiklərlə götürülür.
 

Air-Flow proseduruna əks göstərişlər?

 

 Air-Flow sistemi tamamilə təhlükəsizdir və ağardılmanın qoruyucu metodlarına aid edilir. Hətta pasiyentdə çoxlu sayda plomb olsa belə onun istifadəsinə əks göstərişlər yoxdur.
 

Air-Flow-la dişlərin ağardılması nə vaxt vacibdir?

 

Air-Flow metodu ilə dişlərin təmizlənməsi siqaret çəkilməsi, rəngli içkilərin (kofe, qara çay, qırmızı şərab) həddən ziyadə qəbulu, breketlərin daşınması ilə yaranan yüngül ərplərin və piqment ləkələrinin götürülməsi üçündür. Xüsusilə adi diş şotkası ilə təmizlənməsi mümkün olmayan sıx dişlərə malik pasiyentlər üçün bu metod əlverişlidir. Air-Flow metodu ilə dişlərin ağardılmasınadan parodontozun profilaktikası, vinirlərin və keramik koronkaların təmizlənməsi, dişlərin evdə yaxud klinikada ağardılmasına hazırlanması zamanı istifadə edilir.
 

Air-Flow sisteminin keyfiyyət meyarları hansılardır?

 

Air-Flow metodu ilə keyfiyyətli ağardılma dişləri ərp və yığıntılardan təmizləyir, onların səthini bərabərləşdirir və emalı bir neçə ton işıqlandırır. Ağız boşluğunun adi gigiyenik qaydalarını  gözləyəndə alınan effekt bir neçə ay ərzində qorunub saxlanılır.
 
Bu sistemdə istifadə edilən ağartma üsulu oksigen molekulanın ən aydın və bərk piqment ləkələrini ləğv etmək xüsusiyyətinə əsaslanır.
Air-Flow texnologiyasında bikarbonat soda əsaslı xüsusi tozun ən kiçik hissəcikləri su və təzyiqlə dişə istiqamətlənərək onun təmizlənməsini təmin edir
Dişlərin ultrasəs təmizlənməsi dişlərdən hər bir yığıntını ayırmağa və onların təbii rəngini qaytarmağa imkan verir.
Emalın remineralizasiyası onun strukturunun mineral preparatların köməyi ilə bərpasıdır.