EN RU
logo kepro
Ortopediya
Metal keramikadan koronkalar
Metal keramikadan koronkalar
 
ÇIXARILMAYAN  KONSTRUKSİYALAR
 
Itirilmiş yaxud qırılmış dişlərin bərpası zamanı koronka üçün materialın düzgün seçilməsi vacibdir, axı onun zahiri görünüşü, funksionallığı və xidmət müddəti bundan asılıdır. Metalkeramika zamanın sınağından çıxmış, hamıya məlum və etibarlı qənaətli variantdır.
 
METALKERAMİK  KONSTRUKSİYALARIN  ÜSTÜNLÜYÜ
 
Universallıq. Metalkeramikdən yalnız tək koronkalar deyil, həm də körpüşəkilli protezlər hazırlanır.
 
Möhkəmlik. Metal ərintisi əsasında tökülən koronka böyük yüklənməyə davam gətirir.
 
Komfort. Metalkeramikdən olan konstruksiya həqiqi dişin bütün anatomiyasını (formasını və üst çeynəmə səthinin kələ-kötürlüyünü) təkrarlayır. Məhz buna görə Siz yeməyi rahat qəbul edəcəksiniz.
 
Əlavə olaraq nəzərə almaq lazımdır ki, metalkeramik koronkalar müəyyən işıqlandırma zamanı şəxsi dişlərin fonunda boz çalara malikdir. Konstruksiyaya belə xüsusiyyəti işığı heç buraxmayan  metalın mahiyyəti verir. Buna görə estetik əhəmiyyətli zonanın (ön dişlər) protezləşdirilməsi üçün mütəxəssislərimiz həmişə daha estetik alternativi – belə xüsusiyyətləri olmayan metalsız keramikanı nəzərdən keçirməyi təklif edirlər 
 
Estetik bərpa üçün davamlı keramika konstruksiyaları. Bu, təbəssüm xəttindəki dişlərin ön səthində nazik bir astarlıdır.
Metal olmayan keramika və dioksid sirkonundan hazırlanan konstruksiyalar dişlərinizin mükəmməl təbiiliyi və estetikasıdır.
При восстановлении зубов важно правильно выбрать материал для коронок. Металлокерамика – надежный эконом вариант, проверенный временем.
ağız boşluğunun selikli qişasını və dişləri uğurla imitasiya edən çıxarılan sıx ortopedik konstruksiya
Dişlərin tamamilə yox olması zamanı tez-tez nisbətən ucuz lövhəşəkilli protezlər insın dadına çatır. Onlar çənənin normal qidalanmağa imkan verən funksiyasını kifayət qədər bərpa edir.