EN RU
logo kepro
Tərəfdaşlarımız
Azərbaycan Amerika
Əczaçılar Assosiasiyası
Azərbaycan Amerika Əczaçılar Assosiasiyası (İng: Azerbaijani American Pharmacists Association), Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən azərbaycanlı əczaçı mütəxəssisləri, o cümlədən də, Assosiasiyanın missiyasına və Azərbaycan əczaçılıq sektoruna marağı olan əcnəbi peşəkarları təmsil edən ən böyük və bu istiqamətdə bütün əczaçılıq peşəsini inkişaf etdirən yeganə təşkilatdır. Assosiasiyanın əsası qoyulandan bəri, bir çox peşəkar əczaçılar daxil olmaqla, ekspert heyətimiz Amerikada əczaçılıq və ona bilavasitə əlaqəli olan nanotexnologiya, biomühəndislik, biotexnologiya, biotəbabət kimi sahələrdə fəaliyyət göstərən peşəkarlara və təhsil alan tələbələrə dəstək olur. Amerikanın ən qədim şəhərlərindən olan Filadelfiya qərargahından Assosiasiyanın peşəkar heyətinin gündəlik fəaliyyətinə, yüksək səviyyəli idarə heyəti rəhbərlik edir. Assosiasiyanın idarə heyəti ABŞ-ın Pensilvaniya Universiteti, Amerika Əczaçılar Assosiasiyası, Yaponiyanin Kyoto Universiteti, Yaponiya Əczaçılıq Cəmiyyəti, Yaponiya Ksenobiotiklərin Tədqiqatı Cəmiyyəti, Naqasaki Universiteti, Ritsumeikan Universiteti və b. nüfüzlu institutlarla sıx əməkdaşlıq edir. Assosiasiya beynəlxalq təşkilatlarla birgə əczaçılıq peşəsinin institusionizasiyası və onun təcrübəsi üçün vahid hüquqi bazanın yaradılması kimi transformasiyaedici tədbirlər təşkil edir. Məqsədimiz müxtəlif karyera mərhələsində olan azərbaycanlı əczaçıların dünya səviyyəsində rəqabətliliyinin artırılmasına, davamlı təhsil, mürəkkəb problemlərin həllinə dəstək olmaq, müasir qlobal səhiyyə mühitinə hazırlamaq, o cümlədən də, səhiyyə xidmətinin yükünü minimuma endirməklə, effektiv və təhlükəsiz dərman istifadəsini maksimuma çatdırmaq istiqamətində səmərəli tövhə verməkdir. Azərbaycan Amerika Əczaçılar Assosiasiyası və Azərbaycan Estetik Təbabət Assosiasiyası arasında rəsmi olaraq əməkdaşlıq memorandumu imzalandı! Bu tərəfdaşlıq əczaçılıq və estetik təbabət sahələrində çalışan peşəkarlar arasında yeniliklər, tədqiqatlar və bilik mübadiləsi üçün yeni üfüqlər açır. Gələcəyə baxaraq, bu memorandum peşəkar inkişafın genişlənməsi, tədqiqat imkanlarının artırılması və əczaçılıq təcrübəsinin estetik təbabət sahəsi ilə birləşdirilməsini təmin edəcək gələcək əməkdaşlıqlara yol açır. İmkanlar sonsuzdur və bu həyəcanverici səfərə birlikdə başlamağı səbirsizliklə gözləyirik!
AETA
Azərbaycan Estetik Təbabət Assosiasiyası
Azərbaycan Estetik Təbabət Assosiasiyası AETA estetik kosmetologiya, plastik cərrahiyyə və cəmiyyətin təhlükəsizliyi sahəsində qabaqcıl təcrübəni inkişaf etdirmək üçün yaradılıb.
ICA
International Cadaver Academy
ICA-Azərbaycanda həkimlər üçün mütəmadi olaraq təkmilləşdirmə kursları keçirən ilk və yeganə kadavr akademiyasıdır. Hər bir kadavr kursu maksimum təcrübəni təmin edir: nümayişli disseksiyalar, müstəqil inyeksiyalar, əlin “quruluşu” və digər əl bacarıqlarının tətbiqi həyata keçirilir. Bu, bacarıqlarınızı dərinləşdirmək, ən yaxşılarla təcrübə mübadiləsi aparmaq və gələcək tədbirlərdə yerinizi təmin etmək üçün unikal imkandır!
IMCAS Akademiyası
Beynəlxalq assosiasiya
Dermatoloqların və plastik cərrahların beynəlxalq assosiasiyası. IMCAS akademiyası dermatokosmetoloqlar və plastik cərrahlar üçün yüksək keyfiyyətli təhsilin yeni formatıdır . KEPRO SCHOOL ESTHETIC – IMCAS akademiyasının elmi tərəfdaşıdır. IMCAS (Paris) – bu, plastic cərrahlar və dermatokosmetoloqların dünyanın 105 ölkəsindən olan 10 minlərlə iştirakçı ilə Parisdə iri beynəlxalq konqresidir.
RXDU
Rusiya Xalqlar Dostluğu Universiteti
Rusiya Xalqlar Dostluğu Universiteti - postsovet məkanında bir çox nüfuzlu kosmetoloq və dermatoveneroloqların alma-materidir. RXDU ilə tərəfdaşlıq – Rusiyanın ən böyük universitetinin estetik təbabət kafedrasında birgə təhsil proqramıdır.
AAAMC
Aesthetic&Anti-Age Medicine Congress
AAAMC postsovet məkanında IMCAS-ın (Paris) əməkdaşlığı ilə ən iri elmi-praktik forumlardan birini keçirir. Nüfuzlu beynəlxalq təşkilatlar, şirkətlər və estetk təbabətin ustadları ilə əməkdaşlıq, peşəkar vasitələrin və avadanlıqların sərgiləri, tədris prosesinin istirahət və ekskursiya koloriti ilə üzvi bağlılığı.
Müqəddəs Damian Selebnik klinikası
Anti-age təbabət mərkəzi
Müqəddəs Damian Selebnik klinikası – preventiv təbabət, fəal uzunömürlülük və keyfiyyətli həyat klinikasıdır.
Chenot Palace Gabala Azerbaijan
Chenot Palace Health Wellness Hotel
Qəbələdə yerləşən Chenot Sarayı (Azərbaycan) Chenot metodunu təmin etmək üçün tikilmiş lüks Sağlamlıq Wellness Otelidir. Chenot sarayı (Qəbələ) tanınmış Chenot Metoduna əsaslanan sağlamlıq otelinin yeni və unikal konsepsiyasını təqdim edir.
AMCHAM
Azərbaycanda Amerika Ticarət Palatası
Azərbaycanda Amerika Ticarət Palatası ölkənin aparıcı və ən nüfuzlu xarici biznes assosiasiyasıdır. 250-dən artıq üzv şirkəti təmsil edən AmCham Azərbaycan üzvlərinin ticarət və sərmayə maraqlarını effektiv şəkildə müdafiə edir. AmCham-ın üzvü kimi sizin şirkətiniz Azərbaycan və ABŞ hökumətində biznes məlumatları və əlaqələrinin geniş şəbəkəsinə, eləcə də Amerika Ticarət Palatasının Avropa Şurası və Amerika Ticarət Palatası vasitəsilə Avropa üzrə dəyərli məlumatları əldə etmək imkanına malik olur. AmCham ABŞ Səfirliyi və Ticarət Nazirliyinin Xarici Ticarət Xidməti ilə müştərək iş görməklə üzvlərini Azərbaycanın mövcud durumu və qanunvericiliyə edilən son dəyişikliklər, eləcə də ölkə biznesinin ümumi vəziyyəti ilə bağlı məlumatlı saxlayır, yeni şirkətlər Azərbaycanda fəaliyyət göstərməyə başladıqda və ya bunu nəzərdən keçirdikdə üzvlər bu imkanlarla bağlı məlumatları ilk olaraq əldə edirlər. AmCham-ın üzvləri yeni biznes müəssisələri üçün üstün tutulan xidmət təminatçıları kimi təqdim edilir.
  • 1