EN RU
logo kepro
Bükülmə

Dərinin vəziyyətinin yaxşılaşmasına istiqamətlənmiş kompleks prosedurdur. Kosmetologiyada bükülmə mənasında ənənəvi olaraq bütün bədənin yaxud problemli yerlərin maska ilə örtülməsi başa düşülür və sonrakı termik təsirlə - tərkibində aktiv komponentlərin olduğu maddə dərinin dərin qatlarına nüfuz edir və orada effektiv “işləyib” onun vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.

Yosunlar əsasında bükülmə (bədən üçün)
 
YOSUNLAR ƏSASINDA BÜKÜLMƏ (BƏDƏN ÜÇÜN)
 
Yosunlarla bükülmə prosedurunun kosmetik effekti tam dəqiqdir. Sizin dəriniz sağlam və hamar olur, gənclik bəxş edir. Yosunlarda olan yod, maqnezium, kalium, kükürd, silisium və digər maddələr orqanizminizə çox lazımdır. Öz tərkibinə görə dəniz suyu qan zərdabını xatırladır və buna görə maddələr mübadiıləsinin yaxşılaşmasına təsir edir. Laminariyanın bir süngər kimi özünə çəkdiyi faydalı maddələr və duz ilə dolu su ilə dəri təmasda olduqda bəzi duzlar dəri vasitəsilə sorulur, onda toxuma mayesinin artığı, əksinə, dəniz suyu ilə çəkilib çıxarılır. Artıq toxuma mayesindən qurtulan dəri daha sağlam və gözəl olur: onun tonusu və elastikliyi artır, sellülit azalır.  Bu xüsusiyyətdən talassoterapiyada geniş istifadə olunur.
 
Yosunlarla bükülmə isti və soyuq olur:
 
Yosunlarla isti bükülmə damarları genişləndirir və qan dövranını fəallaşdırır. Piylərin parçalanması prosesinin aktiv stimulyasiyası baş verir. Bütün bunlar sellülitlə, habelə piylənmənin müxtəlif formaları ilə mübarizədə yaxşı nəticə verir.
 
Soyuq bükülmə daha çox lokal olur, başqa sözlə, bədənin müəyyən bir zonasında həyata keçirilir. Yosunlarla bükülmə proseduru şişləri yox edir, limfatik maye axınını yaxşılaşdırır, yorğunluq hissini azaldır.
 
Müasir təcrübədə yosunlarla təzadlı bükülmə də populyardır. Bu halda əvvəlcə isti bükülmə həyata keçirilir, sonra isə bədənin bu hissəsi soyuq effektli yosun maskası ilə örtülür. Sellülitin müalicəsi zamanı təzadlı bükülmə metodu yaxşıdır.
 
Öz tərkibinə görə dəniz suyu qan zərdabını xatırladır və buna görə maddələr mübadiıləsinin yaxşılaşmasına təsir edir. Laminariyanın bir süngər kimi özünə çəkdiyi faydalı maddələr və duz ilə dolu su ilə dəri təmasda olduqda bəzi duzlar dəri vasitəsilə sorulur, onda toxuma mayesinin artığı, əksinə, dəniz suyu ilə çəkilib çıxarılır.
Şokoladlı bükülmənin antisellülit təsiri var, kollagen və elastinin sintezini aktivləşdirərək orqanizmi cavanlaşdırır, tonusu tənzimləyir və dərini dartır, toksinləri çıxarır, dərini sızanaqlardan, piqment ləkələrdən təmizləyir, piylərin parçalanmasına səbəb olur, stresi əla götürür və əhvalı yüksəldir.
  • 1