EN RU
logo kepro
Genova analizləri
Sidikdəki zəhərli metalların təmizlənməsi

 

Sidikdəki zəhərli metalların təmizlənməsi

 

Sidikdəki zəhərli elementlərin təmizlənməsi orqanizmdə zəhərli metalların yığılma dərəcəsi barədə məlumat verir.

Analiz, aşağıdakılar barədə mühüm kliniki informasiya almağa imkan verir:

- klassik zəhərli metallar (qurğuşun, civə, arsen) daxil olmala 20 zəhərli metalın,  həmçinin tibb, aerokosmik, nüvə və elektronika sənayesinin yüksək texnoloji sahələrində istifadə olunan elementlərin (niobium) təsirini;

- yorğunluq, depressiya, narahatlıq, sürətli yaşlanma, öyrənmə iqtidarsızlığı, diqqətcilliyin zəif olması, dəri zədələnmələri, zəif yaddaş, oynaq ağrısı və əsəbilik kimi xroniki simptomların inkişafına əsas verən zəhərli elementlər uzun müddət ərzində təsirini;

-  mədən sənayesində və elektron avadanlıqların, işıqlandırma cihazlarının istehsalında, həmçinin məhsulların emalında çalışan peşə sahiblərinə zəhərli elementlərin təsirini;

- zəhərli təsirləri azaltmağa və yığılmış toksinləri orqanizmdən uzun müddət uzaqlaşdırmağa yönəlmiş müalicənin effektivliyinə.

Çoxsaylı tədqiqatlar göstərir ki, zəhərli elementlərə xroniki məruzqalma:
 
- hüceyrədəki enerji proseslərinə;

- detoksifikasiya proseslərinə;

- reproduktiv funksiyaya;

- dölün böyüməsi və inkişafına;

- orqanizmin bütün sistemlərinə: sinir, tənəffüs, ürək-damar, immun, həzm, sümük-əzələ, endokrin, sidik tənasülünə;

- idraki və emosional sağlamlığa mənfi təsir göstərə bilər.


İnsan bədənindəki zəhərli birləşmələrin mənbələri ətraf mühitdir: hava, torpaq, su, qidadan olan toksinlər.

Metal emalı, ərinti, kompüter istehsalı, neft emalı, tullantıların emalı və təkrar emal, boya istehsalı, neft-kimya, aerokosmik sənayedə detalların istehsalı, nüvə reaktorları və elektronika kimi zəhərli fəaliyyətlər bədənə böyük zəhərli təzyiq göstərir.
 
Zəhərli metalların təmizlənməsi kəskin və ya xroniki zəhərlənmələr zamanı zəhərli elementlərin sidikdən ifraz olunmasını ehtiva edir. Analizin nəticələri müalicənin effektivliyinə nəzarət etməyə imkan verir. Nəticələrin etibarlılığını təmin etmək üçün hər bir göstəricinin analizi kreatinin səviyyəsi - böyrək filtrasiyasının markeri ilə əlaqələndirilir.

Tədqiqat təxribatçı amillə aparılır. Adətən, bu rolu sulfhidril qruplarının köməyi ilə ağır metalları neytrallaşdırmaq qabiliyyətinə malik dərmanlar oynayır. Bu məqsədlə ən çox DMSA (dimercaptosuccinate) və ya unitiol istifadə olunur.
Analizin nəticələrinə təsirin mənbələrini, həmçinin bu birləşmələrin yüksək səviyyədə olması ilə əlaqəli simptomları və şərtləri göstərən şərhlər daxildir.
 
Adətən, bədəndə ağır metallar yığınının nisbəti yüksək olanda, bu maddələrin sulfhidril protein qruplarına oxşarlığına görə orqanizmin onu ətraf mühitə ifrazetmə qabiliyyəti aşağı olur.

Hətta bədəndən sərbəst xaric olduqda, onlar yenidən digər zülallarla əlaqəyə girir və buna görə bioloji mayelərlə çox az miqdarda ifraz olunurlar. Bu səbəbdən, xroniki ağır metal zəhərlənməsi olan xəstələrdə təxribatdan əvvəl sidik nümunələrini araşdırdıqda, onların böyük  konsentrasiyasına rast gəlinmir. Bununla birlikdə, ağır metalları əlaqələndirən və sidiklə ifrazına səbəb olan dərmanların tətbiqindən sonra götürülən sidik nümunələrinin müayinəsi bədəndə ağır metalların əvvəllər aşkar edilməmiş xroniki yığılmalarını öyrənməyə imkan verir.

Bədəndə ağır metalların yığılması onların üç əsas təsir mexanizmi ilə əlaqəli ciddi fizioloji nəticələrə səbəb ola bilər:

1. Faydalı mineralları müxtəlif ferment sistemlərdə əvəz edir, bu da onların fəaliyyətinin bloklanmasına və ya əhəmiyyətli dərəcədə pozulmasına səbəb olur.

2. Zülalların sulfhidril qrupları ilə dönməz əlaqəyə girir və onları metabolik proseslərdən kənarlaşdırır, bu da bütünlükdə hüceyrə və orqanizmdə metabolik reaksiyaları pozur.

3. Orqanizmdə oksidləşdirici stresə səbəb olur ki, bu da hüceyrə orqanellərini zədələyər və hüceyrələrin və bütün orqanizmin işini poza bilər
Nəcisin geniş təhlili həzm sisteminin vəziyyətini qiymətləndirmək üçün dəyərli bir vasitədir, həzm, qida maddələrinin sorulması, bağırsaq florasının tərkibi və effektivliyi, parazitlərin olması, həmçinin iltihab və mədə-bağırsaq traktının bədxassəli yenitörəmələri və bir sıra metabolik maddələr haqqında məlumat verir.
Estrogenlərin metabolizm profili bədəndə estrogenlərin məhv edilməsi yolunu müəyyənləşdirməyə imkan verir. Estrogen metabolizminin arzuolunmaz yollarının aktivləşməsinin əsasında bir çox hormonasılı xəstəliklərin (endometrioz, uterus fibromyoma, endometrial hiperplastik proseslər, uterusun, yumurtalıqların və süd vəzinin bədxassəli yenitörəmələri) inkişafı durur və onların müalicəsinin effektivliyini qiymətləndirmək üçün vacib vasitədir.
Sidikdəki zəhərli elementlərin təmizlənməsi orqanizmdə zəhərli metalların yığılma dərəcəsi barədə məlumat verir.