EN RU
logo kepro

KEPRO Esthetic & Antiage Clinic

Bəşəriyyətin güclü yaradılışı üçün prosedurlar.

Kişi xarakterli kosmetologiya.

 

Klinikamızda xüsusilə kişilər üçün, bədənin anatomik və fizioloji xüsusiyyətlərini nəzərə alaraq, üz və bədən üçün kompleks qulluq proqramları hazırlanmışdır.

 

Biz başa düşürük ki, kişilərin əksəriyyətinin boş vaxtları olmadığından, nadir hallarda bir neçə saat mütəxəssis kreslosunda özünə vaxt ayıra və zövglə zaman sərf edə bilərlər. Buna görə də bütün istək və arzular ən qısa müddətdə həyata keçirilir.

İdmanla fəal şəkildə məşğul olmaq istəyirsiniz, lakin həddindən artıq tərləmə maneə törədir? Bu problem botulinum toksin (Botoks-un) köməyi ilə həll edilir. Yarım saatlıq prosedur uzun müddət tərləmə haqqında unutmağı və hər hansı bir həyəcan dolu vəziyyətdə özünüzə əminliyi təmin edəcək.

Kişilərin qanında testosteron səviyyəsinin yüksək olmasının mənfi tərəfi saçlarda olan çoxsaylı problemlər və saçın tökülməsidir. Trixoloqumuz saçlarınızın qorumasına və bərpasına kömək edəcəkdir. Mütəxəssisin arsenalında: kompüter diaqnostikası, xüsusi müayinələr, effektiv fizioterapiya prosedurları kompleksi daxildir.

Heç də bütün çapıqlar kişinin bəzəyi deyil. Akne izləri, dəri gərilməsi və ya əməliyyat izləri heç də cazibədar etməzlər və onlarla mübarizə aparmaq lazımdır. Bunların aradan qaldırılması üçün lazer metodikalarından, mezoterapiya, pilinqlərdən istifadə olunur.

Bundan əlavə, kişilər üçün kosmetologiya lazer cavanlaşma proqramları, inyeksiya prosedurları, fotoepilasiya və əlbəttə, təbiiliyi qoruyub-saxlayaraq dəri vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa imkan yaradan digər metodlar mövcuddur.

Sağlamlığınızı, aktivliyinizi və gəncliyinizi daha uzun illər saxlamaq istərdinizmi?

 

Sizin oqranizminiz üçün lazım olan maddələrin miqdarı, tərkibini, eləcə də fiziki fəaliyyətin optimal səviyyəsini və digər mühüm göstəriciləri müəyyən edən (DNT-) laboratoriya testi kömək edəcəkdir.

 

Gözəl bədən quruluşuna sahib olmaq istəyirsiniz, ancaq fitness üçün vaxtınız yoxdur? Aparatla masaj, miyostimulyasiya və elektrolipoliz bədəninizi parlaq ifadə edəcək.

 

Ən cəsarətlilər üçün isə dərinin sapla gərilməsi texnikasını təqdim edirik. Prosedurun təsiri plastik cərrahiyyə nəticəsi ilə müqayisə edilə bilər.

Kişilər üçün
What Clients Say About Us