EN RU
logo kepro

KEPRO Esthetic & Antiage Clinic

“KEPRO ESTHETİC” klinikası özündə keyfiyyətli estetik təbabətin necə olması haqda təsəvvürləri təcəssüm etdirir. Klassik təbabətin ən yaxşı ənənələrini və nəticəsi effektiv olan müəllif metodlarını birləşdirərək, müştərilərin digər metodları qarşısında gücsüz qaldığı halda, bizim estetik mərkəzdə problemləri həll etmək mümkündür.

Klinikanın pasiyentlərini rahat atmosfer, yüksək ixtisaslı mütəxəssislər, keyfiyyətli servis qulluğu və ekspert səviyyəli avadanlıq gözləyir.

Bizim vizit vərəqəmiz: ekspert səviyyəsində həkimlər və yeni texnologiyalar.

 

Bizim vizit kartımız – ekspert səviyyəli həkimlər və ən yeni texnologiyadır.

 

Bizim Klinika – müasir kosmetologiyanın bütün imkanlarının əyani şəkildə nümayiş olunduğu məkandır. Sizin ixtiyarınızda 600-dən artıq müalicəvi və estetik prosedur vardır ki, onların da əksəriyyəti unikaldır və yalnız bizdə həyata keçirlir.

 

Bizim pasiyentlərimiz - bizə dəyər verən pasiyentlərdir. Biz reputasiyamızı uca tuturuq. Bizə ən qiymətli “sərvətlərini”- öz sağlamlıq və zahiri görünüşlərini etibar etmiş pasiyentlərin tövsiyələri yüksək xidmət keyfiyyətimizin ən yaxşı təsdiqidir.

 

Bizim kollektiv – çoxillik iş təcrübəsinə və ali tibbi təhsilə malik beynəlxalq peşəkarlar komandasıdır.

 

Bizim biliyimiz – daim təhsilin, öyrənmənin nəticəsidir. Biz daim zamanla ayaqlaşırıq və məhz buna görə də gözəllik və sağlamlıq sənayesi sahəsində heç bir beynəlxalq konqresi, nüfuzlu ustad dərslərini və aktual sərgini ötürmürük.

 

Bizim həkimlər – beynəlxalq konqreslərdə məruzə ilə çıxış edən, elmi işlər üzərində çalışan və tədqiqatlar aparan, peşəkar jurnallara məqalə hazırlayan məruzəçi və müəllimlərdir.

 

Bizim peşəmiz - bizim qəlbimizin çağırışıdır. Biz bilirik ki, ən yeni aparatlar və metodikalar- inkişafın ən vacib amilləri, yeni imkanları deməkdir. Lakin estetik təbabətdə xidmət mədəniyyətinin ən başlıca meyarları dəyişməz olaraq qalır – bu, peşəkarın bacarıqlı əlləri, qızıl ürəyi, həkim vərdişləri və insani münasibətdir.

 

Bizim vaxtımız – bizim yüksək sürət və seytnotlar əsrinin ən qiymətli əmtəəsidir. İndi sizə xarici ölkələrdəki klinikalarda çalışan məşhur kosmetologiya ekspertinin yanına təyyarə ilə uçub getmək, orada uzun–uzadı qəbullarda gözləmək lazım deyildir. Onların ən yaxşıları bizimlə əməkdaşlıq edir, bizdə qəbul və məsləhətlər aparır, mütəxəssislərimizin bilik və təcrübələrini artırırlar.

 

Bizim məsləhət və terapiya – bizim pasiyentlər kimi, çox ciddi şəkildə fərdi xarakterə malikdir, ona görə də mütəxəssislərimiz sizin problemlərin daha effektiv həlli üçün fərdi kompleks prosedur işləyib hazırlamağa can atırlar.

 

Bizim KeproCenter – şəhərimizdə yeganə yerdir ki, burada tibbi və kosmetoloji xidmətlə yanaşı, özünüzü əsrarəngiz Medical SPA aləmində hiss edə, rahat və zövq oxşayan kafedə rəfiqələrinizlə bir fincan qəhvə içə bilər, bizim brend “KeproShop” italyan mağazasından sizə lazım olan zəruri malları münasib qiymətə əldə etmək şansı qazanarsınız.

 

Bizim ünvanımız - çox asan yerdədir. Klinika şəhərin mərkəzində, Heydər Əliyev Mərkəzinin yaxınlığındadır.

 

Bizim məqsədimiz - sizin sağlamlığınız və rahatlığınızdır!

 

KEPRO eshetik və antieyc klinikasının qiymət cədvəlini tanış olub, aşağıdakı linkdən yükləyə bilərsiniz

 

   KEPRO klinika. Price-list   Kepro.Price-list

 

 

 

 

 

 

Bizim CV
What Clients Say About Us