EN RU
logo kepro

KEPRO Esthetic & Antiage Clinic

 

Yüngül ayaqlar

  

"Yüngül ayaqlar" proqramı ayaqlardaki şiş və ağırlığı götürür, qan dövranını yaxşılaşdırır, durğunluğunu aradan qaldırır. Bu ayaqlardakı damarların varikoz genişlənməsinin qarşısını alan tədbirlər kompleksidir.

 

KEPRO klinikanın flebologiya üzrə mütəxəssisləri kəskin və xroniki damar (vaskulyar) xəstəliklərini müalicə edir, aşağıda qeyd olunan xəstəliklərin müalicəsində yüksək nailiyətlər əldə ebidlər:


  —  Damarların varikoz genişlənməsi,

  —  Xroniki venoz çatışmazlığı,

  —  Tromboz və Tromboflebit,

  —  Trofik xoralar,

  —  Ateroskleroz.

 

Aşağıdakı simptomları aşkar edərkən, həkim-fleboloqun konsultasiyasına yazılmağınız məqsədə uyğundur:

  —  ayaq ağrıları və qıc olmalarda (ayaqların sərbəst və ya hərəkətdə olan vaxtlarda);

  —  ayaqların pəncə və baldır nahiyyəsində şişməsi;

  —  «uğultu» hissi, ağırlıq və ya ayaqların yanma hissi baş verəndə;

  —  ayaqların aşağı nahiyyələrində damarların ulduzvari çıxması;

  —  damar ağrısı və qabarması (şişməsi);

  —  hər hansı bir yük altında ayaqların yorğunluğu.

 

Həkim damar ağrılarının səbəblərini aradan qaldırmağa və residivlərin qarşısını almaq üçün səmərəli profilaktik tədbirlər hazırlayacaq.

Klinikanın mütəxəssisləri bu günə qədər varikoz xəstəliyini müalicə edən ən uğurlu minimal invaziv metod olan skleroterapiyanı müvəffəqiyyətlə tətbiq edirlər.

Venoz sistemin müxtəlif patologiyalarından daha çox qadınlar şikayətlənirlər. Bu, təkcə irsi faktor deyil, hormonal fonun hər ay böyük fərqlə dəyişməsi, hamiləlik və doğuşla da bağlıdır.

Səthi və dərin damarların mövcud vəziyyətini müəyyən etmək üçün ümumi klinik diaqnozdan başqa, damarların ultra-səs müayinəsi də aparılır. Müayinə nəticələrinə görə, damarın zədə almış sahəsinin (diametri, uzunluğu və dərinliyi) yoxlanılması və onun yaılmasının qarşısının alınması, xəstəliyin xarakteri və mərhələsi ilə bağlı ən effektiv müalicəsi və üsulu seçilir.

 

 

Profilaktika. 

Ayaqların yüngül limfodrenaj massajı.

 

Yorğunluq, şişlik, ayaq ağırlığını aradan qaldırır. Xüsusi texnika sayəsində limfodrenaj masajı limfanın və onun dövranını effektiv şəkildə yaxşılaşdırır. Bu masaj damarların bərkiməsinə, maddələr mübadiləsini yaxşılaşdırmağa, şişkinliyin və selülitin aradan qaldırılmasına kömək edir. Limfodrenaj masajı damarların varikoz genişlənməsinin ən effektiv profilaktik tədbiri hesab olunur.

 

 

Daha geniş effektivliyə görə, limfodrenaj masajı, mentolu olan xüsusi bir həlldə sıxılmış sıxılma bandajları ilə soyuq ambalajla tamamlanır. Soyuq bandaj yorğunluğun aradan qaldırılmasına, drenajın təmin edilməsinə və damar tonunun artmasına kömək edir.

Bu proqram pressoterapiya proseduru ilə öz effektivliyini artırır.

 

Daha geniş məlumatı konsultasiyaya yazılaraq əldə edə bilərsiniz.

 

Yüngül ayaqlar
What Clients Say About Us