KEPRO Esthetic & Antiage Clinic
Metagenics
Anti-age təbabətin peşəkar nutrisevtləri
Metaceniks korporasiyası 1983-cü ildə ABŞ-ın funksional təbabət (FMRC) üzrə dünya səviyyəli tədqiqat mərkəzinin və istehsalat laboratoriyasının yerləşdiyi Vaşinqton ştatının Qiq Xarbor şəhərində təsis edilib. Baş idarə kaliforniya ştatının San Klement şəhərində yerləşir. Metaceniks korporosiyasının aparıcı elmi-tədqiqat mərkəzi MetaProteomics™ isə Nyu-York ştatının İtaka şəhərindədir. 1989-cu ildə Metaceniks korporosiyası Belçikanın Ostend şəhərində tərkibinə Metaceniks Belçika, Metaceniks Niderland, Metaceniks İtaliya kimi şirkətlərin daxil olduğu törəmə Metaceniks Avropa şirkətini təsis edib. Metaceniks-in törəmə şirkətləri Avstraliyada, Kanadada, Yeni Zelandiyada, Fransada uğurla fəaliyyət göstərir.
Şirkətlərin məqsədi Nutrientlərlə genetik potensialı fəallaşdırmaq yolu ilə insanların yaşam keyfiyyətinin və sağlamlıqlarını yaxşılaşdırmaqdır. Normal həyat fəaliyyətini təmin etmək üçün insan orqanizminə bioloji əhəmiyyətli nutrient elementləri vacibdir. Onlar makronutrientlərə (zülal, piy, karbohidrat) və mikronutrientlərə (vitaminlər, minerallar) bölünürlər. İnnovasiyalı preparatlar hazırlanması ideyasına, elmi tədqiqatlara sadiq olan və daim öyrənən praktiki həkimlər bütün dünyada satılan birinci dərəcəli nutrientlər istehsalı üzrə Metaceniks korporasiyasını liderə çeviriblər.
Xəstəliklərin müalicəsi və profilaktikası, həmçinin gənclik və gözəlliyin qorunmasında Metaceniks korporasiyası tərəfindən təqdim olunan yeni təmayüllərin əsasında fərdi yanaşmanı, sağlam hayat tərzini və farmasevt keyfiyyətli nutrisevtik komplekslərin tətbiqini ehtiva edən prinsiplərə əsaslanır. Metaceniks məhsullarının işlənməsi nutriyentlərin köməyi ilə gen ekspressiyasının tənsimlənməsi sahəsində son elmi kəşflərin tətbiqinə yönəldilib. Funksional təbabət və nutriyegenomika sahələrində patentləşdirilmiş elmi tədqiqatlar fərdiləşdirilmiş tibbin evolyusiyasına təsir edir. Metaceniks korporasiyasına çoxsaylı reseptur patentləri məxsusdur ki, bunlarla da sağlamlığın optimallaşdırılması üçün elmi əsaslandırılmış 400-dən çox adda tam təbii preparat istehsal olunur. Metaceniks korporasiyası 28 ildən çoxdur ki, sağlamlıqlarını yaxşılaşdırmaqda və xroniki vəziyyətlərini düzəltməkdə insanlara keyfiyyətli preparatlar və nutrigenomika elminin vasitəsilə kömək etməyə səy göstərir. Praktika göstərir ki, korporasiya bu məqsədlərinə uğurla çatır.
Metaceniks tədqiqatlar və keyfiyyət sahəsində aparıcı korporasiyadır. Yüksək dərəcəli klinisistlər və alimlər komandası gen ekspressiyasının inqilabi nutritiv modullaşdırılmış işləmələri ilə hər bir insanın nadir genetikası nəzərə alınan tam, sağlam həyatı üçün daha effektiv məhsullar istehsal edirlər. Metaceniks preparatları göstərdikləri yüksək keyfiyyət və sımırılilik sayəsində həkimlərin və pasiyentlərin etimadını qazanıb. Daha yaxşı nailiyyətlərin qazanılması üçün təhlükəsizliyə, səmərəliliyə və keyfiyyətə xüsusi fikir verilir. Həmişə. Hər qablamada.
