EN RU
logo kepro

KEPRO Esthetic & Antiage Clinic

Süd dişləri altdan gələn qalıcı dişlərin rəhbəridir.

 

Buna görə də, uşaqlara ağız baxımı vərdişinin yaradılması və süd dişlərinin sağlamlığı çox əhəmiyyətlidir.

 

Uşaq Stomatologiyası 

 

Süd dişləri özündən sonra gələcək olan daimi dişlərə bələdçilik edir. Buna görədə dişlərin sağlamlığını qorumaq üçün 6 aydan bir uşaqlar stomatoloq müayinəsində olmalı, çürümüş süd dişləri müalicə olunmalı və dişlər fırçalanmalıdır.

 

Bəs uşaqlar dişlərini hansı yaşdan firçalamalıdır?

 

Diş fırçası istifadəsinə uşağın arxa dişləri çıxdıqdan sonra (ortalama 2,5 – 3 yaş) başlana bilər. 

 

Süd dişləri
Müalicə olunmalıdır

 

Süd dişləri müvəqqəti dişlər olsa belə, müalicə edilməyən süd dişi çürükləri ağrı, pis qoxu, çeynəmə çətinliyi və diş itkisinə gətirib çıxarır.

 

Vaxtından öncə tökülmüş süd dişləri daimi dişlərin əyri formalaşmasına və gələcəkdə ciddi ortodontik problemlərin yaranmasına səbəb olur. 

 

Uşaqlarınızın ağız sağlamlığını təmin etməyin ən yaxşı yolu, yarana biləcək problemlərin qarşısını almaqdır.

 

Uşaq stomatologiyasında aşağıdakı profilaktik stomatoloji xidmətləri təklif edirik: 

 

Professional təmizləmə. Körpələrdə ağız boşluğuna qulluq

Diş ərpi və ya diş çürükləri kimi hər hansı bir problemin mövcudluğunu yoxlayıb, təmizlənəcək və cilalanacaqdır. 

 

KEPRO Uşaq stomatologiyası, körpənizi ağız sağlamlığı ilə gələcək həyata hazırlamağa köməklik göstərəcək.

Uşaq stomatologiyası
What Clients Say About Us