EN RU
logo kepro
Cərrahiyə
Dişin kistektomiyası
Dişin kistektomiyası
 
Dişlərin xəstələnməsinə aid ağırlaşmalardan biri kistlərin yaranmasıdır. Bildiyimiz kimi, xoşxassəli bu törəmələrin meydana çıxması diş sahəsində gedən xroniki iltihab proseslərinin nəticəsidir. Kista – möhkəm örtüyü olan boşluqdur (əksər hallarda irinli). Əgər törəmə vaxtında götürülməsə, onda o tədricən böyüməklə sümük toxumasını dağıdır. Bunun baş verməməsi üçün dişin sistektomiyası həyata keçirilir. Bu cür cərrahi əməliyyat çənədə kistanın götürülməsinə yönəlib.
 
Diş kistasını götürmək – müasir stomatologiyada tez-tez baş verən standart prosedurdur.  Bildiyimiz kimi, belə əməliyyatlar yerli anesteziya ilə aparılır və cərrahi stomatologiyada ən sadə prosedur hesab edilir.
 
Diş kistası dişin kökündə bitən və yumşaq toxumanın ölü hüceyrələri, antitellər və ölmüş bakteriyalarla dolan kisəcikdir. Qatı mayeni hər tərəfdən əhatə edən bərk örtük onun dişin kökünü tərk etməsinə imkan vermir.
 
MÜHÜM! Kistanı vaxtında götürməyəndə dişi itirmək olar!
 
insanın zahiri görünüşünə və sağlamlığına aid olan bəzi problemləri düzəltməyə yaxud aşkara çıxarmağa imkan verən qeyri-mürəkkəb, amma eyni zamanda operativ müdaxilə
Periodontal xəstəlikdən, köklərin infeksiyası və dişin alt hissəsinin məhv edilməməsi üçün molar dişin çıxarılması proseduru
dişlərin sırasının arxa və ya yan qüsurları zamanı əlavə dəstək yaratma əməliyyatı
Parodontit – dişin ətrafındakı toxumalarda yaranan iltihabdır ki, bu da onu məhv edə bilər.
dişin sümük toxumasının dağılmasının qarşısın alınması məqsədiylə çənə nahiyəsindəki kistanın aradan qaldırılması əməliyyatı
Damaq konturlarının plastikası gələcəkdə gülümsəmənizin ayrılmaz hissəsidir.
Kökün yuxarısının rezeksiyası (kəsmə, ayırma) – məqsədi diş kökündə iltihab ocağının cərrahi yolla ləğv edilməsidir.
çənə ətrafında alveolyar prosesdə yaranan tikan formasında sümük şişlər, qabarmalar, törəmələr, çıxıqlar kimi özünü göstərir