EN RU
logo kepro
Terapiya
Pulpit
Pulpit
İnsanın dişi müxtəlif səthli toxumalardan və sinir uclarından ibarətdir. Onun yuxarı hissəsi emal və dentin maddələri ilə örtülüb. Onların altında yumşaq toxumalarla haşiyələnmiş damarlar və sinirlər hörülüb. Bütün bunlar stomatologiyada pulpa adlanır. Yəni, diş – canlı körpücüyün mükəmməl hissəsidir.
 
Pulpit - əksər hallarda kariesin güclənməsinə görə pulpanın iltihabıdır. İltihab prosesi genişlənərək zahiri bərk toxumalardan daxilə keçir. Bəzən zədəli pulpitlərə rast gəlinir, məsələn, bərk diş toxumalarının mexaniki zədələnməsi nəticəsində. Bu xəstələyin sonrakı davamiyyəti dişin itirilməsi aqibətini yaşadır. Daha ciddi ağırlaşmaların olması da mümkündür. Buna görə xəstəliyi müalicə etmək gərəkdir.
 
Müalicə prosesinin müxtəlifliyi
 
Pulpitin müalicəsi indiki zamanda bir neçə əsas metodika təklif edir və 2 qrupa bölünür.
 
1. Konservativ müalicə. Öz növbəsində, burada iki metod tətbiq olunur – bioloji, həmçinin həyati amputasiya. Bu, müalicənin daha hifzedici metodudur, tətbiqin nəticəsində özək ya tamamilə, ya da onun böyük hissəsi canlı qalır. Beləliklə, dişin sağlamlığı qorunur.
 
2. Cərrahi müalicə - daha radikaldır. Pulpanın tam götürülməsini ehtiva edir ki, nəticədə diş “ölür” və ardınca dağılıb gedir. Sonrakı mərhələdə onu çıxarıb yerinə protez qoymaq lazım gəlir.
 
3. Təəssüf ki, konservativ müalicə yalnız pulpanın tam zədələnməməsi halında mümkündür. Belə müalicə klinikamızda xəstəliyin inkişafının ilkin dövründə tətbiq edilir.
 
Pulpitin müalicə metodları
 
Hər bir konkret halda müalicə metodunu həkim seçir. Hər şey zədələnmiş dişin görünüşündən və xəstəliyin dərəcəsindən asılıdır.
 
- Bioloji metod – bu halda dişin səthi açılır, zədələnmiş bütün toxumalar götürülür. Pulpaya üstdən müalicəvi preparatlar, həmçinin yeni dentin yaratmağa kömək edən materialla aralıq qatı yerləşdirilir. Bütün bunlar müvəqqəti plombla örtülür. Bir neçə gün sonra, aörı itəndə daimi plomb qoyulur.
 
- Vital amputasiyada özək yalnız dişin kökündə qalır. Boşluqda qalan zədələnmiş bütün toxumalar götürülür. Ayırıcı qat qoyulur, üstdən müvəqqəti, sonra isə daimi plomb qoyulur.
 
- Cərrahi metod – özək tamamilə götürülür, sinir kanalı plomblanır. Plomblamanın keyfiyyəti yoxlanandan sonra diş səthinə plomb (koronka) qoyulur.
 
Situasiyanı cərrahi müdaxiləyə gətirib çıxarmağa dəyməz. Kariesin ilk əlamətləri zamanı ən yaxşısı bizim klinikaya müraciət etməkdir.
Kariesləşmiş səth forma və ölçüsünə görə müxtəlif olur. Onların bərpası müasir kompozit materialların köməyi ilə həyata keçirilir.
Kök kanallarının müalicəsi (əsəb damarının çıxarılması, kanalların təmizlənib plomlanması)lazer, ultrasəs kimi müasir üsullarla həyata keçirilir
Pulpit - əksər hallarda kariesin güclənməsinə görə pulpanın iltihabıdır. İltihab prosesi genişlənərək zahiri bərk toxumalardan daxilə keçir.